Menu

Unun və çörəyin qiymətlərinə nəzarət gücləndirildi - Xəbərdarlıq

05.01.2022, 11:47
Unun və çörəyin qiymətlərinə nəzarət gücləndirildi - Xəbərdarlıq

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ölkədə unun və çörəyin qiymətlərinə nəzarəti gücləndirib.

Qurumun bu baeədə məlumatında deyilir ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıb. Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur.

Bununla əlaqədar nəzarət tədbirləri daha da gücləndirilib. Bu istiqamətdə preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib.

Un və ənənəvi (dairəvi) çörəyin qiymətində və çəkisində əsassız dəyişikliyin qarşısının alınması və keyfiyyət parametrlərinə nəzarətin həyata keçirilməsi məqsədilə istehlak bazarında mütəmadi monitorinq aparılır, antiinhisar qanunvericiliyinə riayət olunmasına dair zəruri tədbirlər görülür. Monitorinq zamanı qanunvericiliyinin pozulması əlamətləri aşkar olduğu təqdirdə ciddi tədbirlər görüləcək.

Şərhlər

Babək 2022-01-05 13:51:49

Necə nəzarət edirlər ki, Zərdabda unun (50 kq) qiyməti açıq şəkildə 36- 38 manatdan satılır. Çörəyin bir ədədinin qiyməti eyni qalsa da çəkisi bu gündən etibarən 30-40 faiz azalıb. Yəni faktiki olaraq çörəyin qiyməti 30-40 faiz bahalaşıb. İllərdir ki, belə "nəzarət edirik" deyib xalqı aldadırlar. Amma elə xalq da bunlara daha inanmır. Və bunlar da bilir ki, xalq daha bu yalanlara inanmır. Amma başqa nəsə demək də agıllarına gəlmir ki...

Bəhrami 2022-01-05 13:24:35

Azad Bazar münasibətlərində qiymətə MƏRKƏZİ nəzarət öz mahiyyətini itirməkdədir. Özəl taksiləri mərkəzləşdirmə cəhdi belə qiymətlərin artmasına səbəb olacaq?

Baba 2022-01-05 13:19:17

Qazaxıctandakı hərəkat təsir elədi. Başqa ərzaqların işığın qazın suyun da qiymətini 30% aşağı salmaq lazımdır

Akif 2021-ci ilin oktyabr 2022-01-05 12:13:39

çörəyin bahalaşmaması üçün 2020-2021 ci illərdə subsidiyalar ayırıb. Əgər belədirsə, onda çörəyin qiyməti məhz həmin illər ərzində gizlincə qəpik-qəpik artdı?....400 qramlıq "Borodino" çörəyinin qiymətini 2019-cu ilin sonunda 49 qəpiyə,2020-ci ilin sonuna 60 qəpik, 2021-ci ilin oktyabr ayından isə 75 qəpiyə satılır. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol