Menu

Gürcüstanda daha 3 567 nəfər koronavirusa yoluxub

06.01.2022, 11:46
Gürcüstanda daha 3 567 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 3 567 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Məlumata əsasən, daha 2 105 nəfər müalicə olunaraq sağalıb.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 949 176 nəfər yoluxub. Onların 908 813-ü sağalıb, 14 082-si isə ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol