Menu

Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı bəyanat yayıb

06.01.2022, 12:55
Türk Dövlətləri Təşkilatı Qazaxıstanla bağlı bəyanat yayıb

“Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi ifadə edirik”.

“Report” xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının bəyanatında qeyd olunub.

“Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal vəziyyətə qayıdış arzusuna güvənirik. Qazaxıstan rəsmilərinin sülhsevər şəkildə gərginliyin arxada qoyulması, sabitlik və əmin-amanlığın bərpasına qadir olduğuna inanırıq. Qazaxıstan hökumətinə və xalqına ehtiyac duya biləcəyi dəstəyi verməyə hazır olduğumuzu bəyan edirik. Hadisələrdə həlak olanların yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik”, - bəyanatda bildirilib.

Şərhlər

Veteran 2022-01-07 16:50:18

SSRİ-nin kabusu Əfqanistan oldu,Rusiyanın kabusu Qazaxstandır.

Asif 2022-01-06 13:15:34

hemreylik qazaxistan hokumetiyle yox qazaxistan xalqi iledir)qazaxistan qazax xalqinindir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol