Menu

Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib

06.01.2022, 15:13
Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib

Qazaxıstanın Aktobe hava limanı etirazçılardan azad edilib.

“Report” xəbər verir ki, bu barədə “Xabar 24” məlumat yayıb.

Bildirilib ki, Jambıl vilayətinin administrasiyasının binası da hakimiyyət nümayəndələrinin nəzarətinə qaytarılıb.

Qeyd edək ki, Qazaxıstanın Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları ilə əlaqədar fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Yanvarın 6-na olan uçuşlar təxirə salınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol