Rəsmi Moskva Qazaxıstanda baş verən son hadisələri xaricdən ölkənin təhlükəsizliyini və bütövlüyünü pozmaq cəhdi kimi qiymətləndirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstana təşkilatın kollektiv sülhməramlı qüvvələrinin göndərilməsi qərarı barədə bəyanatında deyilir.
“KTMT çərçivəsində mövcud müttəfiqlik öhdəliklərinə sadiqliyini sübut edən Rusiya Federasiyası Qazaxıstanda daxili siyasi vəziyyətin sürətlə pisləşməsi və zorakılığın artması ilə əlaqədar təxirəsalınmaz tədbirlərin görülməsini dəstəkləyib”, - bəyanatda deyilir.
Bəyanata görə, Rusiya antiterror əməliyyatların aparılmasına dəstək məqsədilə Qazaxıstan və KTMT üzrə müttəfiqləri ilə məsləhətləşmələrini davam etdirir.


Şərhlər
Rusiyanın Xarici işlər nazirliyi,rus dilində desən "ubornı"dır.
qan üstündə "ssri" dövləti qurulsa belə bu "dövlət" dağılmağa məhkumdur!
Qazaxstanda baş beren hadiseler Türk dünyasına birinci növbede Türkiyyeye ve Türk Dövletleri birliyine qarşıdır.Bu Rus -Putin milleeçi
şövinist ziyanxor çtesinin işidir.Rusiya tarix boyu Türkiyyenin Türk dövletlerinin birliyini hezm ede bilmeyib ve bu gün hezm etmir.Ancaq o bu prosesi lengide biler ,dayandıra bilmez.Çünki Türkiyye Abropa dövletleri ki söz verib dalından qaçan “Matışqa “ dövletlerden deyil.O istediyine nail olacaq ve olmalıdır.
Qazaxstanın təhlükəsizliyini və bütövlüyünü pozan Putindir.Əlbəttə,dünya ölkələri hər şeyi yaxşı bilir.