Menu

Qırğızıstan Prezidenti deputatları Qazaxıstana hərbçilərin göndərilməsinə mane olmamağa çağırıb

06.01.2022, 18:31
Qırğızıstan Prezidenti deputatları Qazaxıstana hərbçilərin göndərilməsinə mane olmamağa çağırıb

Qırğızıstan Prezidenti Sadır Japarov parlament deputatlarını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində öz hərbçilərinin Qazaxıstana göndərilməsinə mane olmamağa çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində yazıb.

"Hərbçilərimizi qazax qardaşlarımıza atəş açmağa göndərmirik. Əminik ki, öz xalqına atəş açmayan əsgərlərimiz qazax qardaşlarımıza da atəş açmayacaq. Əksinə sabitliyi gücləndirmək üçün kömək etməyə göndəririk", - Japarov əmin edib.

Bu gün Qırğızıstan parlamenti kvorum olmadığı üçün Qazaxıstana hərbçilərin göndərilməsi məsələsinə baxa bilməyib. İclas yanvarın 7-nə təxirə salınıb.

Şərhlər

Veteran 2022-01-07 16:41:14

Qırğız qardaşlarımız ! Göndəriləcək hərbiçilərin sayını daha çox edin.Rus və erməni dığalarını oradan RƏDD etmək lazımdır.Özüdə tezliklə.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol