Ukrayna və Türkiyə hərbi kəşfiyyatlar arasında əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
Bu barədə yanvarın 5-də Ukrayna Müdafiə Nazirliyi Kəşfiyyat Baş İdarəsinin saytı xəbər verib.
Bildirilir ki, bugünlərdə Ukrayna hərbi kəşfiyyatının başçısı Kirill Budanov Türkiyəyə səfər edib və orada Türkiyə hərbi kəşfiyyatının başçısı general-leytenant Rafet Dalkıranla görüşüb.
Qeyd olunur ki, görüşün gedişində tərəflər dünyada, Qara dəniz bölgəsində və Ukrayna ətrafında situasiyanı müzakirə edərək, «hər iki ölkə üçün milli təhlükəsizliyə yönəlik cari və perspektiv təhdidlərə, onların mənbələrinə, gərginlik risklərinə və onların neytrallaşdırılması üçün mümkün tədbirlərə diqqət yönəldiblər».
Görüşün gedişində tərəflər Ukrayna və Türkiyə hərbi kəşfiyyatı arasında əməkdaşlığın dərinləşdirilməsi qərarına gəliblər.
AzPolitika.info


Şərhlər