Menu

Qazaxıstandakı etiraz hərəkatının lideri üzə çıxdı

07.01.2022, 17:00
Qazaxıstandakı etiraz hərəkatının lideri üzə çıxdı

Qazaxıstanda “Bank Turan Alem” ASC-nin (BTA Bank) keçmiş rəhbəri, hazırda xaricdə gizlənən Muxtar Ablyazov özünü Qazaxıstandakı etiraz hərəkatının lideri adlandırıb.

Qaçaq bankir bu barədə cümə günü “Reuters” agentliyinə müsahibəsində bildirib.

Ablyazov qeyd edib ki, Almatıdakı etirazçılar hər gün ondan necə davranacağını soruşurlar.

O, həmçinin elan edib ki, etiraz aksiyası doğru istiqamətdə gedərsə, “müvəqqəti hökumətə” rəhbərlik etmək üçün Qazaxıstana qayıdacaq.

Parisdə müsahibə verən bankir etirazları koordinasiya etmək üçün Qərb ölkələrindən vəsait almadığını da əlavə edib. Eyni zamanda, Ablyazov respublikanın Rusiya ilə yaxınlaşmasının qarşısını almaq üçün Qərb dövlətlərini Qazaxıstanda baş verənlərə müdaxilə etməyə çağırıb.

Qeyd edək ki, Ablyazova qarşı Rusiya, Qazaxıstan və Ukraynada cinayət işi başlanıb. O, bir sıra cinayətlərdə, o cümlədən dələduzluqda, saxtakarlıqda, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub. Qazaxıstanda ona qarşı 2009-cu ildə cinayət işi başlanıb, bundan sonra bankir ölkədən qaçıb və İnterpol tərəfindən beynəlxalq axtarışa verilib. /oxu.az

Şərhlər

t.ədalət 2022-01-07 22:39:54

Bu adam,əlbəttə ,Putinin uydurması ilə hərəkət edir.Rusiya öz terror hərəkətinə əsas yaratmaq üçün bu adamı ortaya atıb.

Vətəndaş 2022-01-07 18:00:57

Rusun oyunudur,Kazaxıstanın satqın prezidenti məmurları bu oyuna getdilər. Bu Rusun Türk birliyi TURAN qorxusundan irəli gəlib. Ancaq Rusiya süquta doğru gedir. Əsas səbəb Rus millətinin surətlə azalmasıdır. Xeyri yoxdur. Dünyada bir neçə millətin dövranı başlayır. Onlardan biri də TÜRKLƏR, TÜKDİLLİLƏR olacaq. Əvəl-axır məcbur olub yığışacaqlar bir yerə. Aralıq dənizindən tutmuş Kamçatkaya kimi Yakutiyaya kimi TÜrk millətləridir.

RR 2022-01-07 16:49:26

Bosh sôhbet )

Eli 2022-01-07 16:18:20

Öz Veteninde yaşamaq qüdretinde olmayan,çetin günde doğma Xalqı ile birlikde olmağa cesareti ve Kişiliyi çatmayan biri nece özüne sığışdırıb hakimiyyet davası ede biler.Bu dünya Siyasi Fahişelerin dünyasıdır ve bu dünyada Namuslu ve Vetenperver İnsanlara öz döğma Veteninde bele yer yıxdur .Bunlar göresen bele heç olmasa Saaksşviliden nümune götüre bilmezdilermi?

Kənan 2022-01-07 16:08:49

Yalan söhbətdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol