Menu

"Tokayevin KTMT-nin yardımına niyə ehtiyac duyduğu aydın deyil” - ABŞ dövlət katibi

07.01.2022, 23:13
"Tokayevin KTMT-nin yardımına niyə ehtiyac duyduğu aydın deyil” - ABŞ dövlət katibi

“Birləşmiş Ştatlar hesab edir ki, Qazaxıstan hakimiyyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iştirakı olmadan təkbaşına iğtişaşlara qarşı mübarizə aparmağa qadirdir”.

“Report” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bəyan edib.

“KTMT-yə gəlincə. Bizim Qazaxıstanın təcili yardım üçün müraciətinin mahiyyəti, nə üçün irəli sürülməsi ilə bağlı suallarımız var, bununla bağlı daha ətraflı məlumat almağa çalışırıq. Sözsüz ki Qazaxıstan hakimiyyətinin və hökumətinin etirazlarla bağlı vəziyyəti düzgün həll etmək, asayişi qorumaq, etirazçıların hüquqlarına hörmətlə yanaşmaq potensialı var. Odur ki, onların (Qazaxıstan liderlərinin - Red) hansı səbəbdən kənar yardıma ehtiyac duyduqları aydın deyil.”-, deyə Amerika diplomatiyasının rəhbəri bildirib.

E. Blinken əlavə edib ki, ABŞ Qazaxıstan hakimiyyətini etirazçıların hüquqlarına hörmət etməyə çağırır.

Şərhlər

Eli 2022-01-07 23:52:07

Tokayevin ixtiyarı öz elinde deyil onı ve Qazaxstanı artıq Putin idare edir ve heyata keçirilen amansız herbi emeliyyatlar birbaşa Putinin gösterişi ile heyata keçirilir nece ki o bu işleri vaxtı ile Çeçenistanda heyata keçirmişdi heç kime rehm etmeden.Bu adam Hitlerden de qansız ve rehmsiz bir mexluqdur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol