Menu

Dövlət Gömrük Komitəsində kadr islahatları həyata keçirilib

08.01.2022, 12:39
Dövlət Gömrük Komitəsində kadr islahatları həyata keçirilib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyevin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidməti yerləri dəyişdirilib.

"Report" xəbər verir ki, bu barədə Komitənin açıqlamasında bildirilir.

Qurum bəyan edib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə DGK-da kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif “mülahizələr” yer alıb. Xidmət yerlərinin dəyişdirilməsi “Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib. Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır.

Şərhlər

Ramo 2022-01-08 19:21:57

Kadrların yerinin dəyişdirilməsi nə vaxtdan islahat sayılır?

Samir 2022-01-08 18:22:41

Digər bölgələrdən olanları çıxarıb S.Mehdiyevin qalan ellilərini, qohum əqrəbasını DGK- nə soxuşdurmaq nə vaxtdan kadr islahatı olub?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol