ERMƏNİLƏR YENƏ ATƏŞKƏSİ POZDU - Kəlbəcərdəki mövqelərimiz atəşə tutulub

Yanvarın 8-də saat 13:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətindən AQS və iriçaplı silahlardan istifadə etməklə Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərini atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Şəxsi heyət və texnikamızda itki yoxdur.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

635x100

Şərhlər

t.ədalət 2022-01-08 20:18:19

Putin regionda müharibəni bitməyə qoymayacaq.Atəş açanlar da regiondakı rus qoşunlarıdır.

Son yazılar