Menu

Qazaxıstandakı hadisələr Özbəkistanda da gözlənilir? - ŞƏRH

08.01.2022, 19:07
Qazaxıstandakı hadisələr Özbəkistanda da gözlənilir? - ŞƏRH

Özbəkistandan olan ekspert-politoloq, fəlsəfə elmləri namizədi Rəvşən Nəzərov Qazaxıstan hadisələrinin ölkəsində təkrarlana bilib-bilməyəcəyi məsələsinə aydınlıq gətirib.

Bu barədə o, oxu.az-a müsahibəsində deyib: “Oxşar vəziyyətin (ən azı belə miqyasda) Özbəkistanda təkrarlanması mümkün deyil. Xarici “dostlar” Özbəkistanın gücünü dəfələrlə sınayıblar – 1999-cu və 2004-cü illərin terror aktları, 1999-cu və 2000-ci illərdə silahlı dəstələrin basqınları və nəhayət, 2005-ci ilin mayında Fərqanə vadisində “rəngli inqilab” təşkil etmək üçün real cəhd – Özbəkistan bunların hamısından keçib.

Özbəkistanın silahlı qüvvələri və hüquq-mühafizə orqanları təxribatçıların vəziyyətin sabitliyi pozmaq cəhdlərini dəf edəcək qədər güclü və bacarıqlıdır”.

Şərhlər

Nihat 2022-01-09 01:34:09

Onu zaman gösdərəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol