Menu

Ermənistanın keçmiş hərbi kəşfiyyatçısı Baş Qərargahın rəis müavini təyin olunub

10.01.2022, 13:45
Ermənistanın keçmiş hərbi kəşfiyyatçısı Baş Qərargahın rəis müavini təyin olunub

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin keçmiş müavini general mayor Arakel Martikyan Baş Qərargah rəisinin müavini təyin edilib.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Armen Sarkisyan uyğun sərəncam imzalayıb.

Bildirilib ki, o, 2021-ci il avqustun 9-da Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı Hərbi Kəşfiyyat İdarəsi rəisinin müavini vəzifəsindən azad edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol