Menu

“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb

10.01.2022, 17:02
“Lider TV"nin sabiq əməkdaşını öldürən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb

Bakıda qadını qətlə yetirən şəxsə irəli sürülən maddə ağırlaşdırılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 4-də Xətai rayonu ərazisində Nahidə Həsənovanın qəsdən öldürülməsi faktı ilə bağlı başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Alıyevin əməli Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsindən həmin Məcəllənin 120.2.4-cü ( xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsinə tövsif edilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, N.Həsənova əvvəllər "Lider" Televiziyasında texniki şöbədə işləyib.

Şərhlər

Ədalət 2022-01-10 19:41:12

Ölümə ölüm olmasa, belə xəbərlər azalmayacaq ! ....

Ədalət 2022-01-10 18:48:28

Ölümə ölüm olmasa, belə xəbərlər azalmayacaq ! Onunda başi kəsilməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol