Menu

Putin Qazaxıstan Prezidentinin adını səhv saldı - VİDEO

10.01.2022, 21:20
Putin Qazaxıstan Prezidentinin adını səhv saldı - VİDEO

Rusiya Prezidenti Vladimir Putin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevin adını səhv salıb. KTMT-nin növbədənkənar sessiyası zamanı Putin onu “Kemel Jomartoviç” adlandırıb.

“Hamı bilir ki, Qazaxıstan prezidenti Kemel Jomartoviç Tokayev yardım üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinə müraciət edib”, - deyə Putin bəyan edib.

Tokayev Putinin səhvini şərh etməyib. Sessiya zamanı o, KTMT-nin sülhməramlı kontingentini respublikaya göndərdiyinə görə Putinə təşəkkür edib.

Bundan əvvəl, dekabrda keçirilən illik mətbuat konfransında Putin Tokayevi nəzərdə tutaraq onu sadəcə olaraq “yeni Prezident” adlandırıb, lakin adını açıqlamayıb.

Şərhlər

t.ədalət 2022-01-10 21:53:12

İşğalçı rus ordusunun,guya,Tokayevin çağırışı ilə ölkəyə gəldiyini Putinin tez-tez təkrarlaması bu işin fırıldaq olduğunu yada salır.Ola bilsin ki,"paxmel"dir,hələ içkinin təsirindən ayılmayıb..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol