Menu

Moskvada 90-a yaxın aviareys təxirə salınıb

11.01.2022, 00:57
Moskvada 90-a yaxın aviareys təxirə salınıb

Bazar ertəsi axşam saatlarında qarın yağması fonunda Moskvanın üç hava limanında – “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo”da 90-a yaxın reys təxirə salınıb və ya ləğv edilib.

Vnukovoda 9 reys gecikib, 2-i ləğv edilib, Domodedovoda 32 reys gecikib, 3 reys təxirə salınıb, Şeremetyevoda isə 22 reys gecikib, 19-u təxirə salınıb.

Hidrometeoroloqların proqnozlarına görə, bazar ertəsi gecə saatlarında Moskvada güclü qar yağacaq, görmə məsafəsi 1-2 kilometrə qədər pisləşəcək.//Oxu.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol