Menu

Gürcüstanda daha 5 486 nəfərdə koronavirus aşkarlanıb - 46 nəfər ölüb

11.01.2022, 10:47
Gürcüstanda daha 5 486 nəfərdə koronavirus aşkarlanıb - 46 nəfər ölüb

Gürcüstanda ötən sutkada koronavirusa 5 486 yeni yoluxma halı təsdiqlənib, 2 893 nəfər müalicə olunaraq sağalıb, 46 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19 infeksiyasına 968 313 nəfər yoluxub. Onların 916 421-i sağalıb, 14 264-ü isə dünyasını dəyişib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol