Menu

Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişdiriləcək

11.01.2022, 11:16
Qarabağdakı Rusiya sülhməramlılarının komandanı dəyişdiriləcək

Azərbaycanın Qarabağ ərazisində müvəqqəti xidmət aparan Rusiya sülhməramlı kontingentinə yeni komandan təyin olunub.

Belə ki, sülhməramlıların komandanı planlı rotasiyaya uyğun şəkildə dəyişdiriləcək. Hazırda təhvil-təslim işlərinin getdiyi bildirilir. Sözügedən vəzifədə general-leytenant Gennadi Anaşkini general-mayor Andrey Volkovun əvəzləyəcəyi qeyd olunur.

Andrey Volkov 2020-ci ilin noyabrından 2021-ci ilin mayına qədər sülhməramlı kontingentə rəhbərlik edən general-leytenant Rüstəm Muradovun müavini olub.

O, hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub hərbi dairəsinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəhbəridir.(Mənbə: RİA Novosti)

Şərhlər

turan 2022-01-11 17:16:58

Muradovun müavini Muradov deməkdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol