Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət edib.
DİN-dən daxil olan müraciətdə deyilir:
"Uşaqlarınızın internet asılılığından xilas olması üçün aşağıdakılara əməl edin:
- övladlarınızı sakitləşdirmək və ya yemək yedizdirmək üçün telefondan, planşetdən istifadə etməyin;
- övladlarınızın suallarını cavabsız qoymayın, "işim var, məşğulam, sonra..." deməyin. Əgər belə etsəniz onlar onu dinləyən virtual "dost"lar axtaracaq;
- günlük internet istifadəsi üçün vaxt müəyyən edin və həmin vaxt limitini əsla aşmayın;
- övladlarınızı bacardığı və maraqlandığı sahələrə, hobbilərə yönləndirin;
- övladınızın kompüter və smartfondan istifadəsini nəzarətdə saxlayın və virtual mühitdəki dostlarını tanıyın;
- övladlarınızın real həyatdakı dostluq münasibətlərini dəstəkləyin və onların real həyatda görüşüb səmərəli vaxt keçirmələri üçün planlar qurun.
Sağlam gələcək üçün sağlam övladlar yetişdirək!"


Şərhlər
Həqiqətən hər bir valideynə lazım olan məsləhətlərdir,təşəkkür edirəm
Çox sağ olun əziz DİN! Dəyərli məsləhətlərdir.
Çox gözəl çağırışdır.Mükəmməl.Hər bir valideyn, çağırışda qeyd olunanlara riayət etsə, yeni nəsil cəmiyyətin formalaşmasında övladlarımızın digital həyatdan asılılıq səviyyəsini minimuma endirə bilərik.DİN-ə bu paylaşım üçün bir daha təşəkkür edirik!