ORDUMUZUN ƏSGƏRİ ŞƏHİD OLDU - Tovuz rayonunda dəfn olunacaq + FOTO (Yenilənib)

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində yanvarın 11-i günorta saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir!

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub.

"Baş verən gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Müdafiə Nazirliyindən bildirilib.

***

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Nəzərov Ayaz Azər oğlu Tovuz rayon Bozalqanlı kəndindəndir. O, Tovuz rayonunda dəfn olunacaq.

24 yaşlı Ayaz Nəzərov ailənin 2-ci oğludur. Ondan böyük bir qardaşı var. O, subay olub. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər A.Nəzərov Tovuz rayonunda dəfn olunacaq.

Allah rəhmət eləsin!

635x100

Şərhlər

JJ 2022-01-12 00:06:14

Allah Rehmet Elesin!

RAHİM 2022-01-11 17:47:36

Görəsən Azərbaycan xalqı nə vaxtadək ŞƏHİD VERƏCƏK? BƏS RUSLAR NİYƏ ermənilərin bu addımına göz yumurlar? ALLAH RƏHMƏT ETSİN. ALLAHA DUA EDƏK SONUNCU ŞƏHİDİMİZ OLSUN. AMİN,AMİN, AMİN.

Sual 2022-01-11 16:59:56

NOOOLLDUUU? Paşinyan qudurdu?

Son yazılar