Menu

“Qarabağ təcrübəsi sayəsində cəmi üç günə Qazaxıstana yerləşdik" - Sergey Şoyqu

11.01.2022, 17:49
“Qarabağ təcrübəsi sayəsində cəmi üç günə Qazaxıstana yerləşdik" - Sergey Şoyqu

“Qarabağ təcrübəsi sayəsində KTMT ölkələrinin hərbi kontingenti cəmi üç gün ərzində Qazaxıstana yerləşdirilib”.

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. O qeyd edib ki, cəmi üç gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri şəxsi heyəti və texnikanı Qazaxıstana köçürüb.

“Bu, KTMT-yə üzv dövlətlərin silahlı qüvvələrinin birgə təlimlər nəticəsində əldə edilmiş yüksək koordinasiyası və hərəkətlərinin səmərəliliyi, habelə Rusiya qoşunlarının Suriyada və Qarabağda sülhməramlı kontingentin yerləşdirilməsi zamanı əldə edilmiş təcrübə sayəsində mümkün olub, - nazir bildirib.

"AzPolitika.info"

Şərhlər

Türk 2022-01-12 11:16:22

İki-üç saniyə ərzində həm Qarabağımızda, həm də Qazaxıstanda, Suriyada, Liviyada məhv ediləcəksiniz.

Vətəndaş 2022-01-11 19:14:48

Eyni ssenaridir. Rus qoşunu soxmaq üçün hər nədən desən, qeyri-insanı metodlardan istifadə edir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol