Menu

"Ermənistan daima təxribatçı rolunda çıxış edir" - Erməni deputat

12.01.2022, 12:32
"Ermənistan daima təxribatçı rolunda çıxış edir" - Erməni deputat

"Ermənistanın Baş naziri Nikol Paşinyan məğlubiyyət simvoludur və onun bu statusda olması daha çox məğlubiyyətlər gətirəcək". 

"AzPolitika.info" erməni mediasına istinadən xəbər verir ki, bu sözləri “Mənim şərəfim var” blokunun deputatı, təhlükəsizlik məsələləri üzrə ekspert Tiqran Abramyan öz "Facebook" səhifəsində yazıb.

“Ermənistanın şərq sərhədindəki vəziyyət və onun mümkün genişlənməsi ehtimalı Azərbaycanın müxtəlif ərazilərdə hansı hazırlıq işləri apardığı məlum olarsa, daha aydın olacaq: qoşunların yerdəyişməsi və ya texnikanın cəmləşdirilməsi işləri aparılırmı? 

Ermənistan Müdafiə Nazirliyi bu gün səhər üçüncü hərbçimizin ölümünü təsdiqləyib, həmçinin iki yaralı olduğunu bildirib. Ermənistan hakimiyyətinin məğlubiyyətə meyilli mövqeyi və güzəştə getmək istəyi ölkəmizi regionda zəif halqaya çevirdi. Bunun nəticəsində hətta bizə aidiyyatı olmayan məsələlərin həllində belə Ermənistan daima təxribatçı rolunda çıxış edir",-deputat vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol