Menu

Rusiya qüvvələri Qazaxıstanda nə qədər qalacaq? - Tokayevlə Serdyukovdan ziddiyətli açıqlama

12.01.2022, 15:14
Rusiya qüvvələri Qazaxıstanda nə qədər qalacaq? - Tokayevlə Serdyukovdan ziddiyətli açıqlama

"KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin Qazaxıstandan çıxarılması onlara verilən bütün tapşırıqlar yerinə yetirildikdən sonra baş tutacaq".

"AzPolitika.info" Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Hərbi Hava Desant Qüvvələrinin və Qazaxıstandakı sülhməramlı kontingentinin komandanı, general-polkovnik Andrey Serdyukov yanvarın 11-də keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, sülhməramlı bölmələr Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə daimi dislokasiya məntəqələrinə xüsusi texnika ilə çatdırılacaq.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev KTMT qüvvələrinn 2 gün sonra çıxarılmağa başlayacağını bildirmişdi. Onun sözlərinə görə, proses 10 gün ərzində başa çatacaq.

Rusiya Prezidenti Vladimir Putin isə KTMT liderlərinin onlayın görüşündə bəyan edib ki, sülhməramlılar Qazaxıstanda "nə qədər lazımdırlar, o qədər qalacaqlar".

Bəzi müşahidəçilər Kremlin Qazaxıstandan tezliklə çıxmayacağını, hava-desant qüvvələrinin digər hərbi birlikliklərlə möhkəmləndirilərək uzun müddət bu ölkədə qalacağını düşünür.

Ekspertlər bu qənaətə son illərdə Rusiyanın hərbçilər yerləşdirdiyi bölgələrdə daimi qalmaq üçün "əsaslar" yartdığına görə gəldiklərini ifadə edirlər.

"AzPolitika.info"   

Şərhlər

əlil 2022-01-12 17:24:10

mənim fikrimcə putin Kazaxıstandan çıxmayacaq! Mən qorxuram ki, Bakıya rus qoşunu yeridilə!

Eli 2022-01-12 15:28:29

Tokayev kimdir ki bu işde söz sahibi olsun,o özü öz taleyini hel efib.Ancaq bi mesele var: eger dünyada fahişelik ve heyasızlıq üzre dünya birinciliyi keçirilse ŞOVİNİST ruslar ve ermeniler ikisi de birinci yere layiq görülerler

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol