Menu

Türkiyə “HÜRJET” hərbi təyyarələrinin istehsalına başlayacaq

12.01.2022, 23:31
Türkiyə “HÜRJET” hərbi təyyarələrinin istehsalına başlayacaq

Türkiyə “HÜRJET” yüngül döyüş təyyarələrinin istehsalına başlayacaq.

"Report" "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclasında bildirilib.

İclasda ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edilib.

Bununla yanaşı, müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, döyüş sursatı və raketlər, ehtiyat hissələri və avadanlıqlar, modernləşdirmə, logistika, kibertəhlükəsizlik və süni intellekt kimi sahələr üzrə müxtəlif layihələrə barədə də qərar verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol