Menu

ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək

13.01.2022, 09:21
ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək

Vyanada ATƏT-in daimi şurasının növbədənkənar iclası keçiriləcək.

APA-nın xəbərinə görə, iclasda Polşanın xarici işlər naziri Zbiqnev Rau ölkəsinin təşkilata 2022-ci ildəki rəhbərlik proqramını açıqlayacaq.

Bundan əlavə, iclasa Avropada təhlükəsizlik və digər məsələlərin müzakirə olunacağı gözlənilir. Tədbirdə ATƏT-ə üzv olan ölkələrin diplomatları iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol