“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.
Bu sözləri Bakupost.az -a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.
O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir: "Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur".


Şərhlər
Toxun acdan nə xəbəri
Özünə və qardaşına sərf eləyəndə hər şey haqda əsl siyasətçilər kimi danışmağı bacaran və 10 dəfədə bahalaşmanı istəyən artist millətini sevə bilməz.
Afərin Stabil qazancı özüdə 1min yox 2 min yox ondan daha çox alan adam üçün nə problem ola bilər Bu problem 300 manat alanların və yaşlı nəslin - pensiyaçıların problemidir İnamıram ki, onlardan kimsə İmanov kimi düşünür
Seni biz milletin seven bir shexsiyyet kimi taniyirdiq,,,,, efsusdar olsun ki, shexsiyyetlik her adama qismet olur , kishilik ise her adama qismet olmur!!!!