Menu

İcbari tibbi sığortaya görə edilən vergi güzəştlərinin müddəti daha 1 il uzadılıb

13.01.2022, 15:51
İcbari tibbi sığortaya görə edilən vergi güzəştlərinin müddəti daha 1 il uzadılıb

Azərbaycanda icbari tibbi sığorta xidmətlərinin göstərilməsinə əlavə dəyər vergisindən (ƏDV) azadolmanın müddəti 2023-cü ilin yanvarın 1-dək uzadılıb.

“Report” xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev bu gün Vergi Məcəlləsinə edilən dəyişiklikləri təsdiq edib.

Məcəllənin 164.1.51-ci maddəsinə edilmiş dəyişikliyə görə İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsi bu ilin sonuna qədər vergidən azad ediləcək.

Qeyd edək ki, adıçəkilən güzəştin müddəti bu ilin yanvarın 1-də bitmişdi.

Azərbaycanda ƏDV-nin dərəcəsi 18 % təşkil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol