Menu

İrəvandan İstanbula 77 manat, Bakıdan İstanbula isə 241 manat – Təyyarə biletləri

13.01.2022, 16:03
İrəvandan İstanbula 77 manat, Bakıdan İstanbula isə 241 manat – Təyyarə biletləri

Türkiyə hökumətinin “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşların həyata keçirilməsi üçün icazə verməsində sonra bilet qiymətləri maraq doğurmaqdadır.

Banker.az olaraq 2022-ci ilin fevral ayındakı Bakı-İstanbul-Bakı və İrəvan-İstanbul-İrəvan reysləri üzrə biletlərin qiymətlərini müqayisə etdik.

Bakıdan İstanbula fevralın 2-ə ən ucuz bilet 241 manat olduğu halda, İrəvandan İstanbula isə 77 manata əldə etmək mümkündür.

Bakıdan İstanbula ən ucuz aviabilet təqdim edən “AnadoluJET” aviaşirkəti, İravandan İstanbula isə “FlyON” aviaşirkətidir.

AZAL-ın rəsmi səhifəsinənda isə müvafiq reys üzrə, öz təyyarəsi ilə isə bu tarixə 289.3 manat təşkil edəcək.

Bu qiymətlər isə onlayn təyyarə biletlərini əldə etmək üçün nəzərdə tutulmuş platformalardan əldə etmək mümkündür, lakin bircə AZAL-dan başqa.

Azərbaycanın əsas aviadaşıyıcısı olan AZAL-dan bildirilib ki, yalnız aviaşirkətin rəsmi səhifəsindən bilet qiymətlərini əldə edib və ya müqayisə etmək mümkündür.

AZAL-dan bildirilir ki, fevral ayının 2-si və 5-də gediş-gəlişin (Bakı-İstanbul-Bakı) bileti 540 manat təşkil edəcək.

Şərhlər

lala metin 2022-01-13 17:24:41

Cağ cağ baş ağrıdır dəyirman bidiyini edir nə qədər tənqid etsək xeyri yoxdur ç..... baha aviabilet satana dövlət hələ dotasiya da vere bilər gözləyək vəziyyət düzəlsin Yerevandan ya da Tbilisidən ucaq bir millet 2 dövlət deyib en baha bilet satdığımız ölkəyə

Əliyev F 2022-01-13 17:20:02

Ucuş biletlərinin qiyməti ilə maraqlanan bir qurum var yoxsa bu biabirciliq nə qədər davam edəcək Baki-Mahackala 285 AZN cəmi 350 km yol Belə qiymət dunyada harda var?

Veten dashi 2022-01-13 17:17:58

Bizdə minimum əmək haqqı avropa standartlarına yaxındı axı...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol