Menu

“O qədər ədalətsizliyə baxmayaraq, Avropa İttifaqı strateji prioritetimizdir” - Rəcəb Tayyib Ərdoğan

13.01.2022, 16:23
“O qədər ədalətsizliyə baxmayaraq, Avropa İttifaqı strateji prioritetimizdir” - Rəcəb Tayyib Ərdoğan

“Avropa İttifaqına tamhüquqlu üzvlük yolunda atdığımız addımların necə əngəlləndiyini şəxsən gördüm, yaşadım. Coğrafi, tarixi və bəşəri olaraq Avropanın bir parçası olan Türkiyə tamhüquqlu üzvlük hədəfinə bağlıdır”.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Avropa İttifaqının səfirləri ilə görüşdə çıxışı zamanı bildirib.

“Məruz qaldığımız o qədər ədalətsizliyə baxmayaraq, Avropa İttifaqı strateji prioritetimiz olmağa davam edir. Bu yöndə səy göstərməyə davam edirik. Avropa İttifaqının 2022-ci ildə Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində daha cəsur davranmasına ümid edirik”, - Ərdoğan vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol