Menu

"Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik" - Sergey Lavrov

14.01.2022, 13:10
"Qarabağ münaqişəsinin həllində yaxından iştirak etmişik" - Sergey Lavrov

"Rusiya Qarabağ münaqişəsinin həll olunmasında yaxından iştirak edib".

“Report”un Rusiya bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına həsr edilmiş mətbuat konfransında bildirib.

O deyib ki, biz müxtəlif münaqişələrin həlli ilə bağlı işlərə yaxından cəlb olunmuşduq: "Bunlar Qarabağ, Suriya, Liviya, Əfqanıstan, İranın nüvə proqramı, Fələstin, Koreya yarımadasındakı vəziyyətdir”.

XİN başçısı həmçinin Qazaxıstanın üz-üzə qaldığı “aşkar terror təhlükəsi”ni dəf etməyə Rusiya sülhməramlı qüvvələrin kömək göstərdiyini də söyləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol