Menu

Azərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olunub

14.01.2022, 15:07
Azərbaycanda meyitdən orqan köçürülməsi prosesinə din xadimləri də cəlb olunub

“Azərbaycanda bu il yanvarın 1-də meyitdən orqan köçürülməsinə dair qanun qüvvəyə minib. Qanundan irəli gələn məsələlərin həlli üçün etika komissiyası yaradılıb”.

“Report” xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda məsələnin sosial-hüquqi baza yaradılır: “Din xadimləri də artıq bu işə cəlb olunub. Yaxın zamanlarda bu baza yaradılacaq və sonra meyitdən orqan köçürülməsi aktiv sürətdə həyata keçiriləcək”.

Şərhlər

t.ədalət 2022-01-14 20:17:46

Meyitdən orqan köçürülməsinə "hə" deyən adamın din nümayəndəsi olması mümkün ola bilməz.Çünki meyitin əzalarından istifadə şəriətlə haramdır.Biz müalicəyə,daha uzun yaşamağa cəhd etsək də Allahın verdiyi ömürdən artıq yaşaya bilmərik.

boz 2022-01-14 18:28:36

Çox düşük söhbətdir,molla hara,tibb hara.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol