Menu

"Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm" - Lavrovdan erməni jurnalistin təxribatçı sualına reaksiya

14.01.2022, 15:31
"Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm" - Lavrovdan erməni jurnalistin təxribatçı sualına reaksiya

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı kontingentinin Qazaxıstana yeridilməsi ilə bağlı Bakı və Ankaranın əsəbi reaksiyasını görməmişəm.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarına dair illik mətbuat konfransında bildirib.

Erməni jurnalistin yanvarın 11-də Ermənistan-Azərbaycan sərhədində, Kəlbəcər istiqamətində baş verənlərin Ermənistan hərbçilərinin KTMT çərçivəsində Qazaxıstana göndərilməsi ilə əlaqəli olmasına dair təxribatçı sualına Rusiya XİN başçısı belə cavab verib: “Nə Bakının, nə də Ankaranın KTMT kontingenti ilə bağlı əsəbi reaksiyasını görmüşəm. Bu ölkələrin rəsmi şəxslərinin əsəbi reaksiyasını görməmişik. Ancaq Ərdoğanın (Türkiyə Prezidenti) müşavirlərindən birinin KTMT-ni dəvət etdiyinə görə Qazaxıstanın hərəkətlərini pislədiyi barədə məlumat var. Bu barədə Türkiyədən olan həmkarlarımıza bildirmişik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol