"Türkiyə Ordusu Azərbaycanda öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəlib" - Hulusi Akar

“Türkiyə Silahlı Qüvvələri başda Azərbaycan və Liviya olmaqla bir çox bölgədə öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən gəldiyini bütün dünya göstərdi".

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Ufuk” təlim gəmisinin silahlanmaya qəbul edilməsi mərasimində söyləyib.

“Bir vaxtlar ən yaxın müttəfiqlərimizdən dəstək ala bilmirdik. İndi isə Türkiyə NATO standartlarında silah istehsal edir. Əməliyyatlarda effektivliyi sübut olunan PUA-lar da daxil olmaqla həmin silah sistemlərini bir çox ölkəyə ixrac edirik”, - nazir vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar