““Taliban” Pakistanın narahatlığını nəzərə almasa...” – Xəbərdarlıq

“Təhrik-i-Taliban Pakistan (TTP) təşkilatının irəli sürdüyü bəzi şərtlər Pakistan üçün müzakirə oluna bilməz, çünki danışıqlar artıq dayandırılıb”.

Pakistanın “The Express Tribune” saytının xəbərinə görə, bunu fəaliyyəti qadağan edilmiş TTP təşkilatının liderlərindən biri, “Xalid Balti” ləqəbli Məhəmməd Xorasani Əfqanıstanda öldürüldükdən sonra keçirdiyi mətbuat brifinqində Pakistan Silahlı Qüvvələrinin Xidmətlərarası İctimaiyyətlə Əlaqələr (ISPR) baş direktoru, general-mayor Babar İftixar deyib. O, təfərrüatları açıqlamasa da, bildirib ki, TTP müzakirə oluna bilməyən bəzi tələblər irəli sürür - TTP yüksək rütbəli komandirlərinin azad edilməsini, üçüncü ölkədə siyasi ofisin yaradılmasını, FATA-nın (Federal İdarə olunan Qəbilə Əraziləri) birləşməsinin ləğvini, silahı yerə qoymağı, keçmiş əməllərinə görə üzr istəməyə hazır olanları əfv etməyi və ölkədə şəriət qanunlarının tətbiqini tələb edir. Bunlar isə Pakistan üçün məqbul deyil.

Adının çəkilməsini istəməyən Pakistan rəsmilərindən birinin sözlərinə görə, onlar “Taliban” rəhbərliyinə TTP-ni sınaq işi kimi nəzərdən keçirməyi təklif edib: “Əgər “Taliban” Pakistanın narahatlığını həll edə bilməsə, onların “Əl-Qaidə” və digər bu kimi qruplarla əlaqələrini kəsmək vədlərinə kim inanacaq? “Taliban” Pakistanın narahatlığını nəzərə almasa, bu, zərərli olacaq”. Qrup avqust ayında hakimiyyətə qayıtdıqdan sonra Pakistan “Taliban” rəhbərliyinə TTP-yə qarşı hərəkətlərin də daxil olduğu tələblər siyahısı ilə müraciət edib. Müvəqqəti “Taliban” hökumətinə hətta TTP-nin ən çox axtarılan terrorçularının siyahısı da təqdim olunub.

Rəsmi mənbələr Pakistanın TTP məsələsi ilə bağlı “Taliban” hökumətiylə danışıqlar apardığını bildirib: “Bu, çətin bir prosesdir. Taliblər TTP-nin artıq Əfqanıstan ərazisindən Pakistana qarşı istifadə etməməsində maraqlıdır, lakin onlara qarşı hərəkətə keçmək istəmirlər”.

“Taliban”ın TTP-yə qarşı hərəkətə keçmək istəməməsinin səbəbi onların yaxın münasibətləri ilə bağlıdır. Bundan əlavə, taliblər hesab edir ki, birinci prioritetləri İD kimi tanınan “İslam Dövləti-Xorasan”ın yaratdığı təhlükəni aradan qaldırmaqdır. “Taliban” qorxur ki, TTP döyüşçülərinə qarşı hər hansı tədbir görülərsə, onlar “İD Xorasan”a qoşula bilərlər.

“Al Arabiya” xəbər verir ki, TTP Pakistan ərazisində təxmini 83,000 itkiyə səbəb olan təxribat törətmək üçün Əfqanıstan ərazisindən təhlükəsiz sığınacaq kimi istifadə edir.

L.SƏMLA

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar