Ermənistan XİN Türkiyə ilə danışıqlar barədə məlumat yayıb
Baxiş sayı:
Dərc olunub:
14/01/2022 - 16:38
"Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar".
“Report” "Aysor"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar
“İkinci görüşün yeri və tarixi diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcək”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Rusiyanın paytaxtı Moskvada Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş keçirilib.
Son yazılar
11:17
İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində iştirak edir
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.