Bu ölkədə fabriklərin 40-50 faizi fəaliyyətini dayandırıb

Əfqanıstanda fabriklərin təxminən yarısı keçən ilin avqustunda “Taliban” rejimi hakimiyyəti ələ keçirdikdən sonra ölkəni bürüyən maliyyə böhranı səbəbindən fəaliyyətini dayandırıb.

Sənaye və Mədən Palatasının rəsmisi Məhəmməd Kərim Əzimi “Tolo News”a deyib ki, fabriklər bazarlarda tələblərin azalması, xammal çatışmazlığı, bank və elektrik enerjisi ilə bağlı problemlər səbəbindən fəaliyyətlərini dayandırıb.

Əfqanıstan mediası həmçinin bildirib ki, fabriklərin bəzi sahibləri də öz fəaliyyətlərini həyata keçirmək üçün elektrik enerjisinin olmaması ilə bağlı narahatlıqlarını bildiriblər.

Əfqanıstanın elektrik enerjisinə ehtiyacı daha çox Mərkəzi Asiya ölkələrindən asılıdır. Bu yaxınlarda Özbəkistan Əfqanıstana elektrik enerjisini azaldıb və ölkə rəsmiləri bildiriblər ki, azalmaya Mərcan elektrik stansiyasında yaranan texniki problem səbəb olub.

Əfqanıstan kəskin humanitar böhrandan keçdiyi üçün bir çox inkişaf və tikinti layihələri dayandırılıb.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar