Menu

“Omicron əvvəlki ştamlardan daha az təhlükəlidir” - ÜST nümayəndəsi

16.01.2022, 00:30
“Omicron əvvəlki ştamlardan daha az təhlükəlidir” - ÜST nümayəndəsi

“Koronavirusun omicron ştamı bu infeksiyanın əvvəlki variantlarından daha az təhlükəlidir”.

APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç “YouTube” kanalında çıxışı zamanı deyib.

O bildirib ki, artıq omicronun əvvəlki ştamlardan daha az təhlükəli olduğuna dair sübutlar var, lakin bu, onun ciddi olmadığı anlamına gəlmir.

ÜST nümayəndəsi əlavə edib ki, koronavirus çox ciddi xəstəliklərə səbəb olur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol