Menu

Avropada kibertəhlükəsizlik təlimləri başlayır

16.01.2022, 11:20
Avropada kibertəhlükəsizlik təlimləri başlayır

Avropa İttifaqı (Aİ) kibertəhlükəsizlik təlimlərinə başlayıb. "Report" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Təlim Ukraynanın 70-ə yaxın hökumət saytını ələ keçirən kiberhücumun baş verdiyi gün başlayıb.

Altı həftə davam edəcək təlimlər fevralın sonunda Aİ xarici işlər nazirlərinin görüşü zamanı yekunlaşacaq.

Təlimin məqsədi Aİ-yə üzv dövlətlər arasında əməkdaşlığı gücləndirmək və birgə cavab tədbirlərinin effektivliyini artırmaqdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol