Menu

"Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb" - DİN

16.01.2022, 13:39
"Şamaxıda acınacaqlı durumla üzləşən uşaqlarla bağlı fakt nəzarətə götürülüb" - DİN

Şamaxıda baxımsız qalan uşaqlarla bağlı fakt nəzarətə götürülüb. Şamaxı RPŞ ilə əlaqələndirilib. Bütün zəruri tədbirlər görülür.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Qeyd edək ki, Şamaxı rayonunun kəndlərinin birində 4 uşağın acınacaqlı durumu ilə bağlı görüntülər paylaşılıb.

İddialara görə, azyaşlıların anası COVID-19-a yoluxub. O, xəstəxanada müalicə edilir. Buna görə də uşaqlara sakinlər baxır, yemək verir.

Şərhlər

t.ədalət 2022-01-16 14:53:37

Bu körpələrin qarnını doyurmaq min ilin ibadətindən üstündür.Kənd camaatı onları bir-bir evlərə paylayıb yedirtməli idi.Onlar da bizim balarımız deyilmi?

gülşən 2022-01-16 13:52:00

bu məsələ çoxdan qalxmalıdır.əgər ana covidə yoluxubsa və onların hamısının evdən çıxışına qadağa qoyulubsa o zaman hörmətli sahil babayevin qurumu sosial təminat məsələsin həll etməlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol