Menu

Azərbaycan XİN Ermənistanın “erməni qırğınları”na dair iddialarına cavab verib

16.01.2022, 13:45
Azərbaycan XİN Ermənistanın “erməni qırğınları”na dair iddialarına cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin 1990-cı ildə Bakıda və Sumqayıtda ermənilərə qarşı guya “qırğınlar”ın törədilməsi barədə iddialarına münasibət bildirib.

APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Tvitter” paylaşımında yazıb ki, Ermənistan XİN yenidən 1990-cı ildə uydurma qırğınlardan danışır.

L. Abdullayeva qeyd edib ki, ermənilərin qurban getdiyi barədə rəvayətlər erməni millətçiliyinin ideoloji əsası olub və Azərbaycana qarşı ərazi iddialarına gətirib çıxarıb: “Münaqişədən sonrakı dövrdə bu cür təbliğat təəssüf doğurur və təhlükəlidir”.

Şərhlər

Yetmalı 2022-01-16 15:49:49

Nə dəhşətli cavabdır!Bu cavabdan sonra ermənilərin qorxudan dilləri tutulacaq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol