Menu

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci ilin maliyyə hesabatını verib

17.01.2022, 12:22
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci ilin maliyyə hesabatını verib

2020-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 6,053 milyon manat gəlir əldə edib.

“Report” xəbər verir ki, bunun 4,825 min manatı qeyri-birja əməliyyatlarından əldə olunub, yəni dövlət büdcəsindən ayırmalardır.

Bundan başqa, Komitənin qeyri-birja əməliyyatlarından 0,012 milyon manat, sair əməliyyatlardan isə 1,215 milyon manat gəliri olub.

Hesabat dövründə qurumun xərcləri isə 3,344 milyon manat, o cümlədən əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları 2,3 milyon manat, sərf etdiyi materialların dəyəri 0,019 min manat, amortizasiya xərcləri 0,203 milyon manat, sair əməliyyat xərcləri isə 0,822 milyon manat olub.

Şərhlər

Camaat 2022-01-18 15:57:48

Bu qurumu ləğv etmək ,oraya ayrılan pulları isə usaqpulu vermək lazımdır.

Roma 2022-01-17 12:53:33

Nə üçün 2020-ci il, məncə 2021-ci il olmalıdır...İkincisi Komitənin 100 işçisi olsa belə qeyd olunan 2.3 milyon manat, "əmək haqqı xərcləri və məcburi dövlət sosial sığorta ayırmaları"na xərclənməsi o deməkdir ki, hər bir işçiyə ORTA hesabla 2 min əmək haqqı (sosial ayırmalarla birgə) düşür, xeyir ola o0 bayda əmək haqqı onlara niyə verilir, nə böyük işlər görürlər ki, bu nə dərəcədə düzdür, elə sosial ədalətsizlik, deyərdim ki, belələrindən başlayır...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol