Menu

DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb - Video

17.01.2022, 12:49
DYP qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb - Video

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarlı hava şəraiti ilə bağlı yollardakı vəziyyəti açıqlayıb.

BDYPİ-dən "Report"a daxil olan açıqlamada deyilir:

"Ötən gün saat 19:00-dan başlayaraq DİN Baş Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının 2-ci taqımının əməkdaşları Quba, Şabran və Xaçmaz Yol İstismar İdarələrinin işçiləri ilə birlikdə xüsusi texnikalardan istifadə edilməklə Gəndob-Yalama yolunun 0-48 və Bakı-Quba-Dağıstan sərhədi yolunun 130-204,7-ci km-də yolun hərəkət hissələrinin qardan təmizlənməsi və duzun səpilməsi işini davam etdirib. Onların gücləndirilmiş rejimdə xidmət aparması nəticəsində həmin ərazilərdə yol-nəqliyyat hadisəsi baş verməyib və yolda nəqliyyat vasitələri qalmayıb".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol