Menu

ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb

17.01.2022, 16:54
ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb

Bu il yanvarın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 115 151 kredit olub.

“Report” xəbər verir ki, bu barədə ADIF məlumat yayıb.

Məlumata görə, bunlardan 45 770-i məhkəməyəqədərki, 9 127-si məhkəmə, 60 254-ü isə icra statusundadır.

Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar "AG Bank", "Amrah Bank", “Atabank”, "Atra Bank","Bank of Azerbaijan", "Borçalı Bank”, "Evro Bank", "Kredo Bank", "Royal Bank", "Texnika Bank", "Yunayted Kredit Bank", "Zamin Bank”, "Azərbaycan Kredit Bankı", "Birlik Bank", "Debüt Bank", "Deka Bank", "Dəmir Bank", "Gəncə Bank" "NBC Bank", "Qafqaz İnkişaf Bankı" vəASC-lər, "Bank Standard" QSC-dir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol