“Azərbaycan dilinin orfoqrafiya lüğətində (yenidən işlənmiş) “hörümçək” sözünün verilməməsi etirazla qarşılanıb. Bu, texniki qüsur kimi qəbul edilməlidir”.
Bunu “Report”a Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
“Akademik İsa Həbibbəyli lüğətin nə tərtibçisi, nə redaktoru, nə də rəyçisidir. Onun adının hallandırılması məqsədli xarakter daşıyır. Lüğətin elmi redaktoru akademik Möhsün Nağısoylu, məsul redaktorları filologiya elmləri doktoru, professor İsmayıl Məmmədli, filologiya elmləri doktoru Nəriman Seyidəliyev, rəyçiləri filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Kazımov, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Əliyeva və mərhum professor Buludxan Xəlilovdur”, - Dilçilik İnstitutundan bildirilib.
Qeyd edək ki, son orfoqrafiya lüğətindən “hörümçək” sözü çıxarılıb və yerinə “spayder” sözü salınıb.


Şərhlər
Açığı, heç gözləmirdim şərhi paylaşarsınız. Deyəsən, nəzarətçini daha gənc, tolerant insanla dəyişiblər.
Ancaq, bir "hörümçək" sözünə görə, çəkilən bu qədər zəhməti hədər etmək olmaz.
İndi, bir "hörümçək" sözünə görə bu kitabı təkrar çap etdirəsi deyillər. Qaldı gələn səfərə. Qulu Məhərrəmlinin qocalığı tutub, artıq normal tənqid də edə bilmir.
Sizə uğurlar arzu edirəm. Şərhi paylaşmaqla, çox təəccübləndirdiniz məni...
Texniki bir qüsuru bu qədər şişirtmək cılızlıqdır. Diqqətlə oxuyub çatışmayan sözləri əlavə etmək, deşenürəm ki, çətin iş olmaz. Milçəkdən, indi də hörümçəkdən fil düzəltməyi bəzi bədbəxtlər çox sevirlər.
Çox iyrənc oyuna alət olursunuz. Bunun texniki qüsur olduğu gün kimi aydındır. Ancaq, bu məlumatı qatı cinayətkarlar kimi təqdim etməyiniz sizin cılızlığınızdan xəbər verir. Bilirəm ki, bu şərhi paylaşmayacaqsınız. Heç olmasa, özünüz nəticə çıxarın