Qazaxıstan mövzusu dünya mətbuatının gündəmində öz yerini qorumaqdadır.
“AzPolitika.info” xəbər verir ki, ötən gün İngiltərənin məşhur “The Guardian” qəzeti Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevlə bağlı məqalə dərc edib.
Məqalədə Qazaxıstanda etibarlı mənbələri olan bir Qərb diplomatına istinadla bildirilir ki, Nursultan Nazarbayevin ölməsi ilə bağlı məlumatlar yalandır (Yazı Nursultan Nazarbayevin xalqa müraciətindən əvvəl dərc olunub-red.) və hazırda Nazarbayevlə Prezident Kasım-Jomart Tokayev arasında aktivlərin yenidən bölüşdürülməsi prosesi gedir. Qeyd olunur ki, uzun illərdən bəri Nazarbayevin ailəsinin və ətrafının topladığı kapital fantastik dərəcədə çoxdur və indi nələrisə bölüşməyin vaxtı çatıb.
Yazıda o da qeyd olunur ki, Tokayev ölkədə baş qaldıran etirazlardan Nazarbayevi hakimiyyətdən və nüfuzdan məhrum etmək üçün istifadə edə bilib.
Sabiq nazir və Nazarbayevin keçmiş köməkçisi Ermuxamet Ertısbayev isə qəzetə açılamasında Nazarbayevin Qazaxıstanda olduğunu və Tokayevlə danışıqlar apardığını bildirib: “Danışıqlar davam edir, ancaq aydındır ki, Nazarbayev erası bitib. Artıq çoxları Nazarbayevin düşərgəsindən Tokayevin tərəfinə keçir...”
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Kral ölmüşdür, yasasın kral
Bu da dövlətin idarəetmə ūsulu -parçala hökm sūr
Beşer tarixi bu tip hadiselerle hemişe zengin olub.Hakimiyyetde olsnds Sene günde 10 defe bsş eyenler,hakimiyyetden gedende Sene düşmen movqelere keçib ölümüne bele ferman vermeye hazır olurlar.Yalnız tek tek insanlar Haqqın,Edaletin yanında olurlar ve dözün ancaq düzünü deyirler li bu da çıx tesadüfi halda olur.İndi görek bu sınaqdsn kim nece çıxacaq.