Menu

“İngilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir” – Seymur Verdizadə

18.01.2022, 16:46
“İngilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir” – Seymur Verdizadə

"Mən idarəetmədə gənc kadrlara üstünlük verilməsinin tərəfdarıyam. Yaxşı təhsil almış, xalqını və vətənini sevən, rüşvət və korrupsiyaya bulaşmamış gəncləri irəli çəkmək, onlara etimad göstərmək lazımdır. Bu sualı əvvəllər də səsləndirmişəm: Necə olur ki, 18 yaşlı gəncə Vətəni qorumağı etibar edirik, amma kiçik bir vəzifəni etibar etmirik? Gənc kadrlara etimad göstərməkdən qorxmamalıyıq".

Bu sözləri "Şərq" qəzetinə açıqlamasında “Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə deyib. Jurnalist qeyd edib ki, biz uzun illər “Köhnə qvardiya”nın rəhbərliyi altında yaşadıq və işlədik: "Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin başında dayandığı bu komanda Azərbaycanın heç bir problemini həll etmədi. Əksinə, problemlər üst-üstə qalaqlandı, sələflərindən xələflərinə ötürüldü. Əgər indiyə kimi 7 icra başçısı həbs olunubsa, bu ilk növbədə “Köhnə qvardiya”nın “mərifətidir”. Çünki onslar rüşvətsiz yaşaya, işləyə bilmirlər".

Baş redaktorun sözlərinə görə, “köhnələr”in hamısının pis, “yenilər”in ideal olduğunu iddia etmək doğru olmazdı. Rüşvət alıb-almamaq əxlaq məsələsidir, bunun yaşla heç bir əlaqəsi yoxdur: "Əgər bütün gənc kadrlar yerində olsaydı, ölkədə bu qədər problem olmazdı. TƏBİB-in sabiq rəhbəri Ramin Bayramlı da gənc kadr idi. Amma Oqtay Şirəliyevin ölənlərinə rəhmət oxutdurdu. Kadr seçimi həssas məsələdir, yüz ölçüb, bir biçmək lazımdır. Bəzən deyirlər ki, filan posta təyinat alan gənc ABŞ-da oxuyub, ingilis dilini bilir. Məncə, ingilis dilini deyil, xalqın dilini bilən adamlara vəzifə verilməlidir".

Şərhlər

Veteran 2022-01-20 01:22:06

Az qalıb.

t.ədalət 2022-01-19 09:15:09

Ramin Bayramlını şəxsən tanımıram.Amma bilirəm ki,o rüşvətdən qaçmaq üçün istefa verdi. .......Yadımdadır,Qax rayonuna əslən Naxçıvandan olan bir mərifətli ziyalını İH başçısı qoymuşdular.Ramiz Mehdiyevin aylıq haqqını çatdıra bilmədiyinə görə tələsik vəzifədən atdılar.

Eli 2022-01-18 17:00:27

Seymur bey Xalqın dilini yox onun derdini bilem be iş bacaran azçoc da tecrübesi olanlara ,kardlars qiymet. vermeyi bacaranlara iş ,vezife verilmelidir.Rehmetlik MehemmedHüseyn Şehriyar demişken:Bizden qanaqdadır avropalılar,İşi işbilene tapşırır onlar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol