Menu

Kənd Təsərrüfatı Nazirliyi Vahid Əhmədova cavab verib

18.01.2022, 18:11
Kənd Təsərrüfatı Nazirliyi Vahid Əhmədova cavab verib

Kənd Təsərrüfatı Nazirliyi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov ölkənin lazımi qədər buğda ehtiyatının olmaması barədə fikirlərinə münasibət bildirib.

Bu barədə “Report”a nazirliyin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə açıqlama verib.

“Yanlış fikir var ki, deyirlər, əgər biz buğda ilə özümüzü 100% təmin etsəydik, xaricdə buğdanın qiyməti artanda çörəyin qiyməti artmazdı. İqtisadi qanunauyğunluq belədir ki, dünyada qiymət artımı gedirsə, hər hansı bir ölkənin özünü hər hansı bir ərzaqla tam təmin etməsi belə qlobal ərzaq artımından sığortalanmaq üçün əsas deyil. Bunun bariz nümunəsi var. Ötən il Rusiyada da taxıl məhsullarında qiymət artımı olub. Halbuki Rusiya dünyanın bir nömrəli taxıl istehsalçısıdır. Qiymət artımı ilə bağlı həm Rusiya, həm də Qazaxıstan subsidiyalaşdırma həyata keçirdi. Əgər belə bir qanunauyğunluq var idisə ki, ölkə özübü tam təmin etdiyi halda qiymət qalxmamalıdır, bəs Rusiya və Qazaxıstanda qiymət niyə qalxdı? İqtisadi qanunauyğunluq var və bu qanunauyğunluğa görə, açıq iqtisadi sistem şəraitində buğdanın qiyməti artandan mütləq digər məhsullara təsir edir”, - deyə o, qeyd edib.

Şərhlər

Fərq 2022-01-18 22:02:37

İstəyirsiz açıq, istəyirsiz bağlı iqtisadi sistem adlandırın: məsələnin kökü kapital (“Holland sindromu”nun nəticəsi kimi, bizdə bu istehsal kapitalı yox, ticarət kapitalıdır) tərəfindən vəziyyətdən istifadə edib gəlirlərinin artırmasıdır, müasir Ezop dili ilə, optimallaşdırmasıdır: dövrümüzün qəhrəmanlarını, “işverənləri” (başqa adları, sahibkardı), gəlir maraqlandırır, insanların sosial durumu yox. Rusiya və Qazaxıstanda ((!)gülək, yoxsa...), o cümlədən.
20 əsrin əvvələrində Stolıpin aqrar islahatları Rus imperiyasının kəndində yeni sahibkarlar yaratdı, buğdanın istehsalı sürətlə artdı, ancaq ac camaat elə ac qaldı: işverənlər buğdanı daha baha qiymətə xaricə satırdılar (açıq iqtisadi sistem!). Nəticəsi hamıya məlumdur...
“Kapital ictimai həyata buraxılıbsa, o, hökmranlıq etməlidir!” : tarixən adət-ənənədən gələn fəzilətlər -əxlaq, mənəviyyat, mərhəmət – olurlar tarixin zibilləri. Təbii ki, müqəddəs yer boş qalmır: qaraguruhun qibtə etdiyi ağalar/işverən/sahibkar/çinovniklər yeni “fəzilələtlər” yaradır, səviyyələrinə uyğun. Səviyyə isə göz qabağında...

ELSAD 2022-01-18 20:34:26

Guya ki, Rusiya ve Qazaxistan normal iqtisadi sistemleri olan olkelerdir, onlari numune gosterir...

Eli 2022-01-18 19:01:48

Firdovsi beyin sözlerinde mentiq var.Mence bu hün Azerbaycanda en normal işleyen ve sahibkarlars öz sahesi ğzre obyektiv kömeklik gösteren bir nazirlik varsa o da Kend tesertüfatı nazirliyidir başda İnam Kerimov olmaqla.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol