Menu

Ərdoğan Putin və Zelenskini Ankaraya dəvət etdi - Türkiyə vasitəçilik etməyə hazırdı

19.01.2022, 12:05
Ərdoğan Putin və Zelenskini Ankaraya dəvət etdi - Türkiyə vasitəçilik etməyə hazırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna prezidentlərini iki ölkə arasındakı fikir ayrılıqlarını həll etmək üçün Türkiyəyə dəvət edib.

“Anadolu”nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Türkiyə Rusiya ilə Ukrayna arasında gərginliyin azaldılması üçün istənilən rolu oynamağa hazırdır. Prezident Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar apardığı kimi Ukrayna Prezidenti Vladimir Zelenksi ilə danışıqlar aparır. Hətta, hər ikisini görüşmək, problemlərini və fikir ayrılıqlarını həll etmək istəyəcəkləri təqdirdə, Türkiyəyə dəvət edib”, – o qeyd edib.

"AzPolitika.info"

Şərhlər

t.ədalət 2022-01-19 17:48:06

Tanrı Sizi qorusun,Sayın Ərdoğan!Müharibələr fəlakətdir.Onun harada olursa-olsun qarşısını alanlar Allah dərgahında bəyənilənlərdir.Böyük Azərbaycan şairi Hüseyn Cavidin dili ilə desək:"Kəssə hər kim tökülən qan izini,Qurtaran dahi odur,yer üzünü!" Fəaliyyətinə,siyasətinə sağlıq!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol