İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bundan əlavə Prezidentin sərəcamı ilə Abdin Ələsgər oğlu Fərzəliyev də  Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Abdin Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.