Menu

“Diaspora “işlənmiş” və sönmüş vəziyyətə düşüb...” - Riyakar erməni katolikosunun etirafları

19.01.2022, 14:40
“Diaspora “işlənmiş” və sönmüş vəziyyətə düşüb...” -  Riyakar erməni katolikosunun etirafları

“Ermənilərin böyük əksəriyyəti diasporadadır. Ancaq diaspora “işlənmiş” və sönmüş vəziyyətə düşüb”. 

“AzPolitika.info” xəbər verir ki, bunu Livandakı katalikosu 1-ci Aram söyləyib.

2022-ci ilin “dispora ili” elan olunmasına münasibət bildirən ermənilərin nüfuzlu katalikosu Livanda yaşayan çoxsaylı erməni ziyalıların qarşısında çıxış edərkən bildirib ki, Ermənistanın diaspora siyasəti iflasa uğrayıb: “Xüsusilə də “artsax”(Qarabağ-red.) müharibəsindən sonra diaspora özünə qarşı biganə yanaşmağa və Ermənistanla bağlı məyus olmağa başlayıb. Gənclik bizim kollektiv həyatımızdan, bizim institutlardan uzaqlaşır. Əcnəbilərin erməni ailəsində mövcudluğu hiss olunmağa başlayıb. Biz ətrafımızda baş verən dəyişikliklərlə ayaqlaşa bilmirik...”

Ermənilərin xaricdəki ən nüfuzlu katolikoslarından birinin bu açıqlamaları 44 günlük müharibənin təkcə erməni ordusuna deyil, ümumilikdə dünya erməniliyinə necə böyük zərbə vurduğunu göstərir. Ancaq maraqlıdır ki, heç bir erməni din xadimi öz xalqını, dövlətini işğalçı, təcavüzkar, qonşularla düşmənçilik siyasətindən çəkinməyə çağırmır, əksinə, ədavət və düşmənçilik toxumu səpməkdə davam edir. 

Odur ki, ermənilər anlasalar, onların ən böyük düşmənlərindən biri Türkiyə, yaxud Azərbaycan yox, elə erməni kilsəsi və onun riyakar xadimləridir.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol